Azərbaycanda papaqatman ermənilər dəb saldı

Azərbaycanda papaqatman ermənilər dəb saldı

Musahibimiz Milli Elmlər Akademiyasının folklor institutunun mərasim folkloru şöbəsinin böyük elmi isçisi filologiya üzrə fəlsəyə doktoru Atəş Əhmədlidir .

Atəş məllim, ilk növbədə Novruz bayramının tarixi icmalı haqqında məlumat verərdiniz.

Novruz bayramının tarixi haqqında həmişə belə bir fikir vardır ki, görəsən bu bayramın tarixi kökləri hardan gəlir, yaşı nə qədərdir, qədimliyi və s. Bu sual  bizim alimlərimizi də çox düşündürür. Amma qeyd etməliyəm ki , şifahi ənənə ilə, yəni xalqın şifahi şəkildə daşıdığı ənənə istər onu adət ənənəsində , mətbəxində,  sosial həyatında, geyimində,  davranışında ifadə etdiyi novruza aid olan xüsusiyyətləri və eyni zamanda onun söz şəklində , şifahi şəkildə daşıdığı mətnləri,  sözləri, rituallari olub və o şəkildə heç bir yazılı abidələrə köçürülmədən  günümüzə gəlib çıxıb.Bu baxımdan novruzun yazıya alınması yazılı tarixi haqqında fikirlər söyləməyə, hətta alimlər belə cətinlik cəkir .Lap qədimdən şifahi şəkildə daşınan , minilliklər boyu qeyd olunan bu bayramın yazıya alınmasına, köçürülməsinə ehtiyyac duyulmayib. Çünki , hər il xalqımız yazın gəlişini, yəni köhnə ənənənin yenidən dirçəlməsi şəklində qeyd olunub və yenidən keçmiş canlanılıb, eyni məsələlər , eyni rituallar təkrarlanıb .Buradan da bəlli olur ki, novruzun tarixi çox qədimdir .Bu insanlığın, dünyanın yaranması ilə bağlıdır. İnsanların dünya haqqında təsəvvürləri onların təbiət hadisələrinə münasibəti əsasında formalaşıb. Novruzda əsas sayılan 4 ünsür dünyanın yaranmasında iştirak edib .Nə qədər mücərrəd səslənsə də Novruz insanın dunyanı dərk etdiyi gündən qeyd olunmağa başlandı .

Tarixi məsələlərə gəldikdə isə hələ 5000 min il bundan əvvəl şummerlərdə bu bayramın keçirilməsi haqqında məlumat var. Hələ o zaman şummerlər təbiətin ölməsi və dirilməsi ilə bagli bayram keçirirdilər. Onlar ili hər biri 6 ay olmaqla 2 fəsilə bölürdülər . İldə iki dəfə bayram keçirirdilər- bir dəfə təbiətin dirilməsi ilə əlaqədar mart ayında və sentyabrın 23-də günəşin ekvator xəttini kəsib cənub yarımkürəsinə keçməsi ilə bağlı qeyd olunurdu. Novruzun ikinci boyuk mərhələsi zərdüştlük dininə təsadüf edir. Bu da e.ə VI  əsrə aiddir. Yaxın və orta şərqə Novruz bayramı zərdüştlük vasitəsilə yayılıb . Zərdüştlüyə görə qış şər qüvvələri yaz isə xeyir qüvvələri təmsil edir. Onlar arasında mübarizə gedir və bu mübarizə yazın qalib gələrək ili təhvil alması ilə bağlıdır.Sonrakı dövr İslam dövrüdür . İlk başlıqda müsəlmanlar novruz adət-ənənələrini məhv etmək istəyirdilər.  Çünki, hər bir yeni ideologiya əvvəlkini məhv etmək isdəyir. Xilafət zərdüştün kitablarını yandırır,  xalqın adət-ənələrinə qarşı cıxırdı . Lakin, gordülər ki, xalq 1000 illiklər boyu yaşatdığı ənənəni məhv etmir.  Onlar novruzla öz adətləri arasında oxşarlıq tapdılar. Ən mühüm tədbirləri- İmam Əlinin taxta cıxdığı günü də, bu günə saldılar.Həm də novruz bərəkət, bolluq , böyüyə hörmət , insanları yada salmaq  İslami dəyərlərdə mövcud idi . Bundan sonra təpkilər azaldıldı. Novruz,  çox təssüf ki,  yazılı yox, şifahi şəkildə daşınan bir ənənə olub. Lakin,  Novruz haqqında yazılı mənbələr  X ərsdə görünməyə başlayıb. Bunu biz həmin dövrdə yaşamış alimlərin, mütəfəkkirlərin əsərlərində gorürük . XI əsrdə yaşamış Mahmud Kaşğarlının "Divani- luğətit- turk" əsərində novruz haqqında , insanların bu bayrama necə hzırlaşdıqları barədə məlumatlar vardır. Həmçinin  XI əsrdə Səlcuq hökmüdarı Məlikşahın dövründə komissiya yaradılmışdır .Bu komissiya 1074 -1076 -cı illərdə fəaliyyət gostərib ki, onun tərkibinə məşhur şair Ömər Xəyyam, vəzir Nizamilmülk daxil idi. Komissiya aydın etdi ki, yerin xəyali oxu orbit müstəvisinə perpendikülyar yox, meyilidir. O zamandan da fəsillər 3 ay olmaqa 4 fəsilə bölündü. Buradan da görürük ki, novruzun tarixi qədimdir. Kim deyirsə ki, onu bilirəm, yalandır...

Bu bayram dünya xalqarı içərisində necə qeyd olunur ?

Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir , yaz bərabərliyi nöqtəsinə daxil olur. Astronomik dillə desək,  23 dərəcə 27 dəqiqə olan nöqtəyə catır və il təhvil olunur. Bu anda da biz bayramı qeyd edirik. Təkcə biz yox, şimal yarımkürəsində yaşayan xalqların həyatında bu bayramın izi var. Bu bayram təkcə Azərbaycan arealı ücün səciyyəvi deyil. İspanlar mart ayında tonqal yandırırlar, yaponların 21 martda xüsusi bir bayramı var, od bayramı. Bunlar göstərir ki, novruz bir xalqın yox, dünya xalqlarının bayramıdır. Nəyinki müsəlman dünyası, xristiyanlar da günəşin gəlməsini, bitkilərin cücərməsini qeyd edirlər. Məsələn , yaponlarda sakura agaci var. Onun şərəfinə may ayında mayofka deyilən bir bayram keçirirlər, slavyanlarda ağcaqayın , ruslarda akasya kimi bitkilərin cücərməsi şərəfinə bayramlar keçirilir. Qədim yunanıstanda adonis bitkisinin cücərməsi şərəfinə yazda bayram keçirilərdi. Bu da bir daha gostərir ki, novruz dediyimiz yaz bayramının tarixi çox qədimdir.

Siz bu yaxınlarda KİV-də papağin atılmasının namus rəmzi olduğunu söyləmişdiniz. Bu nə dərəcədə düzgündür?

Əzcad bayramı kimi qeyd olunan bu bayramda təkcə dirilərin yox, ölülərin də yada salınması var. Lap uşaqlıqdan biz özümüz də qəbir üstlərinə gedər , valideynlərimiz ölülərin üstünə müxtəlif bişintilər, səməni,  şirniyyatlar qoyardilar və bu bize qəribə gələrdi ki, bu nədi, ölən insan ücün bu təmtəraq? Yaşa dolduqca anladıq ki, bu bizim əsgi təsəvürlərimizdən gəlir. Ruhların yada salınması üçün bu bir ayindir. Çünki bu bayramda ölən insanlarda olur. Onları yada salmaq, onun ailə üzvlərinin borcudur.  Çünki, qədim inanclara gorə insanın ruhu ölmür.  O insanın evinə gəlir , onun əzizləri ilə gorüşür. Hal- hazırda da belə bir inam var . Bu gün estetik bir əyləncə kimi gənclər tərəfindən qapıya atılan papaq əyləncə səciyyəsi daşıyır .Onu qapıya atan uşaq onun əczad kultu olması , onun hansı dəyəri daşıması,  hansı sakral dəyərlərin orda olması  haqqında qətiyyən bilmir və bilmək də vəzifəsi deyil. Onu öyrətmək böyüklərin borcudur . Qədimdə bu xüsusi adamlar vasitəsilə icra olunardı.  Onun üzü görünməzdi, qara paltarlar geyinərdi və həmin günlərdə gəlib ruhların payını yığardılar. Bu payı verənlər də sevinərdilər ki, ruhlar da xatırlandı. Burada adamın üzünün görünməməsi utancaqlıq məsələsi deyil. Bu əczad kulturundan gəlir ki, onlar ruh kimi gəlir insan kimi deyil,  imitasiya edir. Bu da gostərir ki bu bayram cox qədim ənənəsi olan bir ritualdır .Və zaman keçdikcə onun icrasında müəyyən fərqlər yaranıb. Bu da təbii idi. Çünki , yaşadığmız həyat, geyim, davranış,  evlərin quruluşu dəyişir .Uzağa getməyək. "Dəli Kür” filminində bacadan torba sallandığını görürük. Həmin dövrdə torbalarla  gənclərin belinə bağladiği qurşaqlarla novruz adətləri yaşayırdı. Papaqatmaya gəldikdə isə bu bizim adətlərimizdə olub. Amma o dövrlərdə oglanlar, qizlar bir-birlərin seçəndə yaylıq atar, papaq atardılar. Qizlar həddi- buluğa- 9 yaşinda çatar, onlara papaq atarlar. Əgər dayana bilərdisə onda ailə qurmağına izacə verərdilər. Tamamilə o məsələ üçün papaq atılsın,  o olmayıb mədəniyyətimizdə. İndi binaların quruluşu dəyişdi, etnoqrafiq mənzərə dəyişdi,  deye müasir evlərdə baca yoxdur ki, torba sallayasan. Xurcun yox, uşağın da əlinə papaq keçir. Bu torbaya oxşadığından qapıya atır. Bu adət 80-cı illərdə meydana gəlib. Novruz adət-ənənəsində papaq atma olmayıb. Bu sonradan artırılma bir adətdiR.  Biz əski şeir növlərində torbadan, xurcundan istifadə olunduğunu görürük.  Məşhur bir papaqçı var idi . O deyərdi:" lənət olsun burada yaşayan ermənilərə və digər millətlərə ki, bizim millət ağzı büzməli torbalar atanda, bizdə yaşayan ruslar, ermənilər və digər millətlər üçün papağın əhəmiyyəti yoxdur”. Onlarda adətdə bu yox idi.  Şəhər uşaqlarına qoşulub papaq atardılar.Tədricən bu papaqatmanı onlar dəbə saldılar. Həqiqətən də, müsəlmançılıqda papaq sakral və müqəddəs məna olaraq bir qeyrət zəmzi daşıyır. Hələ qeyrət rəmzi daşıması məsələsini qoyaq bir kənara, papağın yerə atılması nə dərəcədə mümkündür? Bu bir antisanitariyadır. Papağın içərsinə qoyulan məhsul toza batır sonra da ondan qida kimi istifadə olunur ki, bu da gigiyenik baxımdan düzgün deyil. Görünür ki, papağın atılması nə sağlamlığa nə də ki, adət-ənənəyə uyğun deyildir. Bizim ənənəmizdə olduğu kimi saxlamaq mümkün olmsa da ən azından buna vasitə tapmaq olar. Mən təklif elədim ki,bizim iş adamlarınada maraqlı olardı bu təklif. Xüsusi torbalar hazırlansın, bir üzünə səməni, şam və o biri tərəfində kosa,keçəl olsun. Bu bir tərəfdən alıcılıq baxımından yaxşı olar, həm də papaq məsələsi aradan qalxar.

Novruzun simvollarının xarakterik xüsusiyyətləri:

Novruzun simvolları iki yerə ayrılır:  atributlar və personajlar.                                                   Atributlar -səməni, yumurta, şam, şəkərbura, paxlavadır.Yumurta dünyanın rəmzidir. Həm də qədim insanlara görə yumurta artım, törənişdir. Bu yeddi ünsürün olması Zərdüşt fəlsəfəsindən gəlir. Bəzən deyirlər ki, bu yeddi ünsürün hamısı "S”  ilə başlamalıdır. Amma bu şərtidir. Bu "Ş”  ilə də başlaya bilər. Səməni dominant olduğuna görə insanlar digər ünsürləridə onun adına uyğunlaşdırmışlar. Səməni əkinçiliyin rəmzidir. E.ə VI əsirdə insanların oturaq həyata keçməsi ilə əlaqədardır. Səmənini xüsusi yetişdirərlərmiş. hətta onu sonsuz olmayan bir ana yetişdirərdi ki, bunun davamı, artımı olsun. Səməni cücərərsə yazlıq əkinçiliyə başlamaq olar.  Şorqoğalı günəşə işarədir. Üzərindəki çörəkotu günəşin ləkələridir.Qatları qalaktikadır. Şəkərbura ayın rəmzidir. Onun rənginin solğun olması aya işarədir. Paxlava ulduzlardır. Həm də dünyanın başlanğıcıdır. Şəkərbura və paxlavanın 12 qatının olması ilin aylarına işarədir. Yumurtanın boyanması fəsillərin , şam isə odun rəmzidi. Bunu xiristianlığa aid edirlər. Amma bu xristianlıqdan da əvvəl  müqəddəs sayılırdı. Od da günəşin rəmzidir.                                                                       Novruzun maraqlı persanajları vardır və bu da Azərbaycanın qədim tiatıral mədəniyyətə malik olduğunu göstərir.Kosa yalnız türk mədəniyyətinə malik bir obrazdır. Kosanın paltarının cın-cındır olması qışın rəmzidir. Kosa öz geyimi ilə yoxsulluğu təmsil edir. Lakin, bəzi xalqlarda Kosaya qarşı yanaşma müxtəlifdir. Bəzi yerlərdə belə hesab edirlər ki, Kosa hansı evə, ocağa daxil olarsa bərəkət gələr. Uşağı olmayan qadınlara pay verərsə həmin qadının övladı olar. Kosanın ölməsi qışın getməsi, qışı yenidən dirilməsi də yazı təmsil edir. Keçəl dünya folklorunda da mövcuddur. Keçəl günəş rəmzidir, onun parlaq, şən-şux olması günəşi simvolizə edir. Həmçinin də O, meydan tamaşası zamanı məshəkələr göstərməklə kəndirbazın oyunu zamanı pisxoloji sarsıntını aradan götürür. Keçi obrazı bir sıra dünya xalqlarında və bizdə də qədim zamanlarda olub. O da yaza və bolluğa işarədir.Bu obrazların olması bir daha göstərir ki, Azərbaycan qədim teatr mədəniyyətinə malikdir  və digər xalqlardan öz mədəniyyət səviyyəsinə görə fərqlənir.

Bu bayramin hansi adətləri bizim milli-mənəvi dəyərlərə uyur?

Milli-mənəvi dəyərləri özündə əks etdirən çox məsələlər var. Bayram vaxtı biz insanlarla paylaşırıq, harmoniya yaranir . Bayramda kasıb insanlar olur ki,  bayram kecirə bilmirş ona varlı insanlar kömək edir ki, bu da öz növbəsində bir dəyərdir. İnsanlarin bərabərlik haqqında olan düşüncələridir. Gənclər valideynlərini ziyarət edirlər . Gorüşmək, əxlaq, davranış, cəmiyyətdə uşaqların öz yerini bilməsi , böyüyün uşağa münasibəti kimi məsələlər mən deyərdim ki qədim , etnik bir çevrə yaradir. Həmçinin bu bayramda  arxayık  mənzərə canlanir. Karnaval, yarış, zorxanalar , pəhləvanların yarışları- hamısı öz növbəsində tərbiyyə edir. Pəhləvanların yarışı  güc , mübarizədir ki, bu da insanların mübarizə əzmini artırır. Gənclər ailə quruculuğuna bu dövrdə başlayırlar. Həm də bayramda küslülər barışar , vaxtilə müharibələr də dayanardı. Bayramda küsülü qalmaq olmaz. Çunki, inanca görə küsülü qalarsan şər qüvvələri sevindirərsən.Bayramda qapı busma da vardir ki bu 2 baximdan maraqlidir bir busan insanin öz gələcək taleyi maraqlandırır. Bir də evdə olan insan özünü yığışdırır. Bilir ki, qapını busan olar. Xoş söz danışır . Bir sıra adətlər var ki, hələ də öyrənilməyib. Onu öyrənmək bizim borcumuzdur. Düşünürəm ki, bizim gözəl adətlərimiz var və gələcək nəsillərə də bu adətlərdən danışacaq

Novruz bayrami ölkəmizdə hansi səviyyədə qeyd olunur?

Artıq bayram rəsmi status alib. Bir neçə ildir ki, nəyinki novruz,  hətta son çərşənbə də rəsmi dövlət statusu alib . 2010-cu il fevral ayının 23-də BMT-nin Beynəlxalq Assambleyasında  Azərbaycanın vasitəçiliyi ilə Novruz bayramı Beynəlxalq bayramlar sırasına daxil edildi. Azərbaycan bu bayram vasitəsilə bir daha dünyaya demokratik sülh dolu olan bir ölkə olduğun göstərir. Çünki , bayramın bütün adət-ənənələri özlüyündə humanizmi bildirir.

Sizin bəs özünüzün novruzla bagli yadda qalan xatirəniz varmı?

Bizim küçəmizdə bir Göyçək mama var idi. Novruz gələndə biz hiss edirdik ki, çərşənbələr gəlir.O vaxt məhlədəki uşaqlarla yığışıb  yaylıq atırdıq,  papaq yox idi. Onda da camaatın maddi imkanı yaxşı idi deyə laylığın içinə çox şeylər qoyurdu. Biz də bilirdik ki, göyçək mama yaxşı şeylər qoyandi.  Uşaqlarla yığışıb onlara dəsmal atardıq. O vaxt balkon idi deyə eşitmək ücün yaylığın arasına daş qoyub atdıq. Bunu görən Göyçək mama bizə qayıdıb dedi ki, " ay daş atan, daşın da bir vaxtı var ". Bu mənim heç vaxt yadimdan çixmaz. (gülür)

Şükufə Yusifqızı (BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi)

 

 

Xəbər lenti