Sinoptiklərdən XƏBƏRDARLIQ

Sinoptiklərdən XƏBƏRDARLIQ

 

Azərbaycanda hava şəraiti dəyişəcək, sabah Bakıda güclü külək əsəcək, oktyabrın 9-da isə havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əcəcək.

Havanın temperaturu gecə 16-19, günün birinci yarısında 20-23, ikinci yarısında 15-17 dərəcə isti olacaq.

Oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, 9-da havanın tempeturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir. Bu da meteohəsas insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında oktyabrın 8-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

Xəbər lenti