"Tarix yazmaq istəyirik"

 

Azeritimes.Az bildirir ki, Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatına millimiz qələbə ilə başlayıb. Mərakeş üzərində 5-0 hesablı qələbədən sonra yığmamızın qapıçısı Rövşən Hüseynli goal.az-ın suallarını cavablandırıb:

- Belə hesabla qələbə qazanacağınızı gözləyirdinizmi?

- Çətin oyun oldu. Ciddi hazırlaşmışdıq və rəqibi düzgün təhlil etmişdik. Böyükhesablı qələbə arzulasaq da, belə gözləmirdik. Ümumi komanda işinin nəticəsində qələbə qazandıq.

- Qarşıda daha güclü rəqiblərlə qarşılaşacaqsınız. Bu oyunlar barədə fikirləriniz? 

- Rəqiblərimizin gücü haqqında məlumatımız var, Avropa və Asiya çempionlarıdır. Bizi çətin oyunlar gözləyir. Ancaq yaxşı oyun və yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Daha diqqətli və istəkli olmalıyıq.

- İlk dəfə iştirakçı olduğumuz mundialda komandanın qarşısına hansı vəzifə qoyulub?

- Qarşımıza qoyulan ilk vəzifə qrupdan çıxmaq, 8/1 finala vəsiqə qazanmaqdır. Ondan sonra isə hər oyunda yaxşı nəticə və daha çox irəli gedərək tarix yazmaq istəyirik.

- Azarkeşlərə sözünüz varmı?

- Bizi sevən və dəstəkləyən hər kəsə həm öz adımdan, həm də komandamız adından ayrı-ayrılıqda təşəkkür edirəm. Onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu bizim borcumuzdur.

Xəbər lenti