Məhkəmə məşhur saytı FETO-çulara uduzdurdu - SKANDAL

12 Oktyabr 2018, 14:08
12 Oktyabr
2018
14:08
193
Uzun müddətdir "Zaman-Azərbaycan” qəzeti ilə Axar.az arasında davam edən məhkəmə çəkişməsi ilə bağlı yeni məlumat var.
Sfera.az bildirir ki, bununla bağlı Aznews.az saytına açıqlama verən Axar.az saytının baş redaktoru Anar Niftəliyev deyib ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Nərimanov rayon şöbəsinin əməkdaşları saytdan 105 manat simvolik rəqəm təzmin ödəməyi tələb edirlər.
2014-cü ilin mart ayından başlanan proses Ali Məhkəmənin saytın xeyrinə qərar çxıarması ilə nəticələnib. Onun dediyinə görə, sayt rəhbərliyi prosesin burada sonlandığını düşünüb. Ancaq aradan keçən müddətdə qarşı tərəfin səyləri nəticəsində qərar dəyişdirilib, saytdan 105 manat məbləğində təzminat və üzr istəməyə dair qərar çıxarılıb: ""Zaman-Azərbaycan” qəzeti Axar.az saytını 11 mart 2014-cü ildə dərc edilən "Nurçular bu il Azərbaycanda 4 milyon pul paylayıb” məqaləsinə görə məhkəməyə vermişdi. Sözügedən məqalə redaksiyanın ünvanına daxil olan məktub əsasında hazırlanmış, məqalədə məktubun və sənədlərin surəti dərc edilmişdi. Həmin məktubda adı çəkilən Gülən şəbəkəsinə bağlı olduğu bildirilən "Zaman-Azərbaycan” qəzeti çap, mətbəə və yayım xərcləri üçün Gülən şəbəkəsindən 413 min dollar aldığını təkzib edən rəsmi məktubu da guya ünvanımıza göndərdiyini iddia edir.
Beləliklə, Nərimanov Məhkəməsində Axar.az saytının iddia barədə heç bir məlumatı olmadan proses keçirilmiş və 4 may 2015-ci ildə "Zaman-Azərbaycan”ın iddiasını təmin edən qiyabi qətnamə çıxarılmışdı. Maraqlıdır ki, cavabdeh olaraq bizi "tapa bilməyənlər” nədənsə qərar verdikdən sonra qətnaməni dəqiq ünvana göndərə bilirlər. Sözügedən qiyabi qətnamə də beləcə redaksiyaya daxil olandan sonra şikayət verildi və Nərimanov Məhkəməsinin 22 iyul 2015-ci il tarixli qərarı ilə qiyabi qətnamə ləğv edildi. Bundan sonra isə "əyani” proses başladı və redaksiyanı tanınmış hüquqşünas Səməd Vəkilov təmsil etdi. Nərimanov rayon Məhkəməsində keçirilən prosesin nəticəsi olaraq, 15 yanvar 2016-cı il tarixli qətnamədə "Zaman-Azərbaycan”ın iddiası rədd edildi. "Zaman-Azərbaycan”ın iddiası əsasında baş tutan Apelyasiya Məhkəməsində də 21 aprel 2016-cı il tarixdə qətnamə çıxarıldı və iddia yenidən rədd edildi. Bunun ardınca isə 15 iyul 2016-cı il qiyamı baş verdi və "Zaman-Azərbaycan” qəzeti və saytı Azərbaycanda fəaliyyətini rəsmi açıqlama yayaraq dayandırdı, rəhbərliyi isə ölkədən getdi. Proses də bununla yekunlaşdı.
Ancaq sən demə, gülənçi olduqları artıq heç kimdə şübhə doğurmayan bu şəbəkə fəaliyyətini davam etdirirmiş. Beləliklə, cavabdeh tərəfə - yəni Axar.az saytının rəhbərliyinə heç bir məlumat vermədən və bizim təmsilçiliyimiz olmadan Ali Məhkəmə Apelyasiya Məhkəməsinin 21 aprel 2016-cı il qərarını 07 dekabr 2016-cı ildə ləğv edərək, işin yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərib. Apelyasiya Məhkəməsində isə proses hakim Azad İmanovun sədrliyi ilə aparılıb. "Gündəlik Teleqraf” MMC rəhbərinin ünvanına göndərilən və "buradan köçüb” cavabını alan məhkəmə prosesə yenə də Axar.azsaytının təmsilçisinin iştirakı olmadan baxıb və "Zaman-Azərbaycan”ın iddiasını təmin edib. Axar.az saytı "Zaman-Azərbaycan”ın işgüzar nüfuzuna zərbə vurduğuna və imicini ləkələdiyinə görə 2100 manat civarında cərimələnib. İndi bu məbləğ 105 manata endirilib”.
Baş redaktor deyir ki, bu rəqəmin seçilməsi də təsadüfi deyil: "Qarşı tərəf düşünür ki, biz 105 manatı ödəməklə bu işi bağlayacayıq. Məqsədləri də budur ki, bizə həm təzminat ödətsinlər, həm də biz onlardan üzr istəyək. Elə məbləğ seçilib ki, bu vəkil və məhkəmə xərclərinin yanında olduqca çox cüzi rəqəmdir”.
Xəbər lenti
-
19:47Almaniyadan İrana qadağa
-
19:23Səhiyyə Nazirliyi bu dərmanı geri çağırdı - SƏBƏB
-
18:55İlham Əliyev Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
-
18:43Prezident İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib
-
18:42İşdən çıxarılandan sonra Azərbaycandan köçən məmurlar: Onlar indi haradadır?
-
18:39Radikal müxalifətin özünüifşası
-
18:36Əməkdar artist Saleh Bağırovun babası imiş — FOTO
-
18:33Ankarada əməliyyat olunan "Müsavat" başqanı Bakıya qayıtdı (FOTO)
-
18:26Hüquq müdafiəçiləri Mehmana görə Prezidentdən xahiş etdilər - FOTO
-
18:20Qanalı “Barselona”da?
-
18:17Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
-
18:16AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb
-
18:12Prezident Hacı İsmayılova “Şöhrət” ordeni verdi
-
18:04Azərbaycan əhalisinin sayı açıqlandı
-
18:00Azərbaycan ən yaxşı qış kurortları arasında
-
17:51"Trabzonspor"a təklif: Azərbaycan çempionatına qatılın
-
17:47Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
-
17:43"Neftçi"nin transferi: "Gəzirəm, içirəm, yatıram" (VİDEO)
-
17:36Rus hərbçiləri təlim zamanı öldü
-
17:25Ərdoğan Trampı təndiq etdi: "Onlar verdikləri vədin arxasından qaçırlar"
-
17:00Azərbaycanda icra başçısını güllələyən məhkum həbsxanada öldü
-
15:25Razim Məmmədovun qohumunun məhkəməsi oldu - iş üzrə memarda dindirildi
-
15:15TV və radio işləməyəcək - Hansı günlərdə?
-
15:11“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - FOTO
-
14:53Qurban Qurbanovdan Pedro açıqlaması
-
14:50Həyat yoldaşı kapitanı ölümdən qurtardı
-
14:48Keçən ilin ən fəal mətbuat xidməti hansıdır?
-
14:42Məşhur boksçu avtomobil qəzasında dünyasını dəyişdi
-
14:36Şərtləri razılaşdırdı, Fransada qalır
-
14:3520 milyonluq yol 1 ay sonra niyə çökdü? - FOTOLAR
-
14:23Azərbaycanda dəhşətli ailə faciəsi - Əvvəl qız, sonra 28 yaşlı qardaşı öldü
-
14:20Artıq 3 təklifdən imtina edib
-
14:15Qripdən qorunmaq üçün təbii üsullar
-
14:09Bakıda sabah da duman olacaq
-
14:02Bu günlərdə TV və radio işləməyəcək
-
14:01101 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
-
14:00Mənim üçün ən şərəfli vəzifə analıqdır
-
13:56"Donuz qripi" daha bir ölkəni ağuşuna aldı
-
13:53Azərbaycanda TV və radio işləməyəcək - Hansı günlərdə?
-
13:52Nazir müavini: Azərbaycanda qadın sahibkarların sayı artır
21 Yanvar 2019
Digər xəbərlər
-
Səhiyyə Nazirliyi bu dərmanı geri çağırdı - SƏBƏB
-
Prezident İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib
-
Radikal müxalifətin özünüifşası
-
Əməkdar artist Saleh Bağırovun babası imiş — FOTO
-
Ankarada əməliyyat olunan "Müsavat" başqanı Bakıya qayıtdı (FOTO)
-
Hüquq müdafiəçiləri Mehmana görə Prezidentdən xahiş etdilər - FOTO
-
Qanalı “Barselona”da?
-
Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
-
AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb