Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

Azərbaycanın tarixi bayraqları (FOTOLAR)
Bu gün Azərbaycanda bayraq günü qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən üçrəngli bayrağımızın 100 yaşı tamam olur.
 
Qaynarinfo Azərbaycan tarixində mövcud olmuş bir sıra dövlətlərin bayraqlarını sizlərə təqdim edir:
 

Bu, Midiya dövlətinin bayrağı olub. İranın mərkəzi ərazilərində meydana gəlmiş bu dövlət türk sülaləsi tərəfindən idarə olunub.


Qaraqoyunlu dövlətinin bayrağı. XIV-XV əsrlər.


Bu, Ağqoyunlu dövlətinin bayrağıdır. Doğrudur bir sıra tarixçilər Ağqoyunlu dövlətinin bayrağında ağ qoç olduğunu söyləyir. Lakin bu bayraq modeli də Ağqoyunlulara şamil edilir.


Elxanilər dövlətinin süqutundan sonra yaranan Cəlairilər dövlətinə aid bayraq. XIV əsr.


Eldənizlər dövlətinin bayrağı. Bayraq XII əsrə aiddir.


Səfəvilər dövlətinə aid edilən bayraq. Şah İsmayılın dövrü. XVI əsr

 

Səfəvilər dövlətinə aid bayraqdır. Bir çox tarixi mənbələrdə təsviri verilib. XVII əsrə aid olunur.


Bakı xanlığının bayrağıdır. XVIII əsr.


Şəki xanlığına aid edilir. Şəki xan sarayında bu bayrağa rast gəlmək mümkündür. XVIII əsr. 


Qarabağ xanlığına aiddir. Mehdiqulu xanın zamanı. XIX əsrin əvvələri.


İrəvan xanlığının bayrağı. Sonuncu İrəvan xanı Həsən xan bu bayraqla ruslara müqavimət göstərib. 


Gəncə xanlığına aid edilən bayraq. Xanlığın əsasını qoymuş II Şahverdi xan Qacarın dövrü. 


Bu da Gəncə xanlığına aid edilən bayraqdır. Cavad xanın dövrü. XIX əsrin əvvəlləri


Nadir şah Əfşarın qəbul etdiyi bayraq. XVIII əsrin birinci yarısı.


Qacarlar dövrünə aid edilən bayraq. XIX əsr


Azərbaycan Xalq Cumhuriyyətinin ilk bayrağı. 24 iyun 1918-ci ildə Gəncə şəhərində qəbul olunub. 


Azərbaycan Xalq Cumhuriyyətinin 9 noyabr 1918-ci ildə Bakıda qəbul etdiyi bayraq.
 

Azərbaycan SSR-nin bayrağı.


Azərbaycan Respublikasının bayrağı. 5 fevral 1991-ci ildə qəbul olunub.

Xəbər lenti