Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, dekabrın 6-da qızılın qiyməti dekabrın 5-i ilə müqayisədə 8,4915 manat artaraq 1 unsiya üçün 2107,8555 manat təşkil edib.

Gümüş 0,0295 manat bahalaşaraq 1 unsiya üçün 24,6038 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 4,7685 manat artaraq 1352,6135 manat, palladiumun qiyməti isə 25,228 manat artaraq 2117,758 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Xəbər lenti