AĞ CANAVAR-la MÜSAHİBƏ - EKSKLÜZİV

AĞ CANAVAR-la MÜSAHİBƏ  - EKSKLÜZİV

AzeriTimes.Az  polis polkovnik-leytenantı, "ağ canavar" ləqəbli azərbaycanlı kikboksçu, 15 qat Azərbaycan çempionu Eduard Məmmədovla müsahibəni təqdim edir:

-          Hər kəs sizi " Ağ Canavar” ləqəbi ilə tanıyır bəs Ağ Canavar əslində kimdir?

-          Ağ Canavar mənəm Eduard Məmmədov.Bu ləqəbi mənə əməkdar məşqçi Çingiz Eyvazov verib. Biz onunla 1993-cü ildə tanış olduq və mən onunla məşq etməyə başladım. Artıq ilk qələbələrimi qazandıqca özümə güvənim artırdı və mən gücümü hiss edirdim.O zamanlar Çingiz müəllim mənə "Ag Canavar” deyirdi. Yadıma gəlir 2002- ci ildə kubok  "ANS” güclülərin güclüsü yarışı oldu və mən həmin yarışda özümdən 3 kq yuxarı çəkidə idmançılarla  vuruşdum.Tanınmış dünya çempionu Etibar Məmmədov, finalda Araz Musayevi məğlub etdim və orda ləqəbləri qoyurdular, biri Qara Bəbir, biri Terminator və həmin yarışda Çingiz müəllim dedi: Ağ Canavarın vaxtı çatıb, sən indi gücünü göstərməlisən. Nəyə görə ağ? Çingiz müəllim dedi ki, canavarın müxtəlif növləri var amma ağ canavar onların içində ən ağıllı və soyuqqanlısıdır. Mən də öz gücümü göstərdim və kubok ANS-ni uddum və ondan sonra neçə-neçə yarışlara qatıldım, mənə canavar kimi döyüşürsən deyirdilər, deyirdim elə düz deyirsiniz mənim ləqəbim Ağ Canavardır və ondan sonra mənim idman paltarlarımın üstündə "White Wolf” yazılırdı.

 

-          Adətən idmançılar yarışlara çox ciddi simalarda çıxırlar lakin siz daha çox gülməyə üstünlük verirsiniz, bu nədən irəli gəlir ?

-          Əlbətdə mən hər bir yarışa ciddi yanaşıram və bütün gücümü ortaya qoyuram ki, yarışı udmaq lazımdı. Qazanmağımı ən çox bayrağımızı xarici arenalarda dalğalandırmaq və himnimizi səsləndirmək üçün istəyirəm. Bu mənim üçün böyük  şərəfdir. Ona görə yarışa hazırlaşanda məşq edən zaman cox ciddi oluram. Deyərdim ki, mənim xüsusi bir taktikam var və ondan istifadə edirəm. Görürsən idmançılar var hansı ki rinqdə səni gözləri ilə, baxışları ilə qorxutmağa çalışır. Mən əksinə olaraq gülə-gülə çıxıram ki, səndə heç nə alınmayacaq, səndən üstünəm, qələbə mənim olacaq və deyərdim ki, ilk olaraq  psixoloji qələbəmi qazanıram. Amma həyatda mehribançılığı xoşlayıram.

 

-          Məlum olduğu kimi hər bir sahənin öz peşəkarları var və onların öz qızıl qaydası olur.Bəs sizin öz sahənizin qızıl qaydası  nədir?

-          Əlbətdə hər bir döyüşçüyə başqa cür yanaşmalısan, mən  hər yarış öncəsi öz üzərimdə işləyirəm. Çingiz müəllimlə yeni taktikalar axtarırıq və öyrənirik. Bir yarışı udmaq olar, amma dəfələrlə eyni nailiyyətləri qazanmaq və əldə saxlamaq elə də asan deyil. Çünki, Dünya və Avropa  çempionatlarında hər bir idmançı sənə hazırlaşır. Ona görə də mən hər yarışa yeni fəndlərlə çıxıram və bütün fəndləri bir yarışda istifadə etmirəm. Yarış öncəsi rəqib idmançısını araşdırıram hansı taktikalarla hansı rəqiblərimi uda biləcəyimi öyrənirəm.

 

-          Bildiyimiz kimi həmkarlarınızın əksəri sadəcə idmanla məşğul olmağa üstünlük verir,  siz isə 3 ali məktəb bitirmisiniz. Bəs oxumaq və idmanla məsğul olmaq sizə çətin olmurdumu?

-          Oxumaq həvəsi məndə uşaq vaxtından olub. Məktəbi bitirdikdən sonra özümə borc bildim ki, əsgər gedim. Çünki, həmin vaxtlar müstəqilliyimizi yeni əldə etmişdik, buna baxmayaraq indi də olduğu  kimi müharibə şəraiti idi və mənə hərbi xidmətimi Hərbi Ordu İdman Klubunda keçirməyimi istədilər.1996-1999-cu illər ərzində xidmətimlə yanaşı dəfələrlə yarışlara qatıldım və bayrağımızı dalğalandırdım. Əsgərliyi bitirdikdən sonra 1999-cu ildə İdman Akademiyasına daxil oldum. 2004-cü ildə Polis Akademiyasına daxil oldum və 2008 ci ildə oranı uğurla bitirdim. 2009-cu ildə Polis Akademiyası nəzdində İdarəetmə və İxtisasartırma fakültəsinə daxil oldum. Deyərdim ki, oxumağa daha çox vaxt ayırdım, çünki bilirdim ki, rinqdə də mənə daha çox ağıl lazım olacaq.

 

-          Bir çoxları döyüşə çıxanda özlərinə motivasiya edici musiqilər seçir bəs sizdə necə?

Ümumiyyətlə musiqi insani ruhlandırır.Ola bilsin ki, döyüş öncəsi musiqilərə qulaq asım, amma mən deyərdim ki, məni ruhlandıran ən gözəl musiqi Rocky musiqisidir hansi ki, mənim idmana gəlməyimə səbəb olub. Uşaq vaxtları bu musiqilərlə idman edirdim və mənə stimul verirdi.

 

-          Siz bu günə kimi saysız döyüşlər keçirmisiniz, lakin erməni rəqiblərinizlə döyüşləri vaxtından əvvəl və nakautla bitirməyə çalışmısınız və buna da nail olmusunuz. Bu istək rinqdə sizdə hansı hissləri aşılayır?

-          Mən dəfələrlə erməni idmançıları ilə döyüşmüşəm  və vaxtından əvvəl onları udmuşam. Bir stimulum olub: mən həmişə deyirdim ki, biz idmançılar öz gücümüzü ancaq rinqdə göstəririk. Bunu da qeyd edim ki, adətən rinqə gülərək çıxdığım halda erməni rəqiblərimlə olan döyüşlərə çox ciddi simada çıxıram. Döyüşdən öncə əmin oluram ki, artıq onu udacam. Bu, o demək deyil ki, özümdən arxayınam, yox! Yaxşı bildiyim bir həqiqət var ki, onlar bizdən  həm psixoloji həm də fiziki cəhətdən qat-qat zəifdirlər. Yaxşı yadıma gəlir 2000-ci ildə erməni idmançısını 15 saniyəyə uddum.Onun qarnına zərbə vurdum və o yerə oturdu, erməni məşqçisi təkid ilə idmançıya qalx vuruş dedi. Lakin erməni rəqibim əli ilə özün gəl  döyüş dedi. Baxın görün bu nə deməkdir, görün onlar hansı  vəziyyətə düşüblər ki, idmançı öz məşqçisinə bacarırsan özün gəl vuruş deyir.

Bir döyüşüdə diqqətinizə çatdırım ki, mənim erməni əsilli rus kapitan komandasında vuruşan Zurab Faroyanla prinsipial döyüşüm baş tutub. Mən həmişə low contactda  rəqibim isə full contactda vuruşurdu. Gərgin keçən mübarizədə qələbə qazandım və onuda qeyd edim ki, full contact növündə yeganə Azərbaycanlı Dünya çempionuyam.

 

-          İndiyə qədər qazandığınız ən mühüm nailliyyət hansıdır ki, məhz sizə kareyeranızda uğurlu addımlar atmağınızda kömək olub.

Əvvəl də qeyd etdiyim kimi  kubok ANS güclülərin güclüsü yarışında deyərdim ki, bir neçə çətin döyüş keçirdim və qələbə qazandım. Zurab Faroyanla olan döyüşə 1 il hazırlaşaraq full contactdı finalda udmağım böyük uğurlarımdan biridir.

 

-          Ən çətin keçən döyüşləriniz

-          Ən çətin keçən döyüşüm yaxşı yadımdadır: İspan kikboksçusu İsius Qarsiyasla olan döyüş olub. Hansı ki, İspan rəqibim hələ mən idmana gəlməmişdən öncə artıq bir neçə dəfə dünya çempionu olmuşdu.1998-ci ildə Avropa çempionatında rəqibimlə ilk dəfə qarşılaşdım və ilk döyüşdə uduzdum. 1999- cu ildə dünya çempionatında 2-ci dəfə qarşılaşdım və uddum amma hakimlər qələbəni İspan idmançısına verdilər. Sonrakı döyüşə qədər məşq elədim və yeni taktikalarla 2000 ci ildə İrlandiyanın Dublin şəhərində finala Qarsiyasla qaldım və böyük fərqlə qələbə qazandım. Bu döyüşdə bütün dünyaya artıq öz gücümü bildirdim.

 

-           Özünüzə kimləri rəqib görürsünüz?

-        Eduard dünyada ən titullu kikboksçudur. Buna baxmayaraq mən hər bir rəqibimə hörmətlə yanaşıram. Heç vaxt demərəm ki, mənə rəqib yoxdur. Sadəcə belə bir şey var ki, mən heç kimə hazırlaşmıram əksinə hamı mənə hazırlaşır və buna görə də hər biri mənim üçün rəqibdir.

 

-           İdmandan ayrılmağı düşünürsünüzmü?

-          (Gülür)Bu sualı mənə tez-tez verirler cavabım həmişə eyni olub.Yaşımın çox olmasına baxmayaraq özümdə döyüşmək ruhunu hiss edirəm. İdmandan getməyi hələ düşünmürəm nə qədər ki, o ruhu hiss edirəm üçrəngli bayrağımızı dalğalandıracam və himnimizi səsləndirəcəm.

 

-        Siz yarışlarda həm döyüşçü kimi  iştirak edən, həm də çalışan yeganə məşqçisiniz.

-        Bəli 1997- ci ildə Azərbaycan Respublikasının idman ustası,1999-cu ildə beynəlxalq idman ustası, 2013-cü ildə əməkdar məşqçisi adına layiq görülmüşəm. Çingiz müəllimdən öyrəndiklərimi gənc nəsilə öyrədirəm. Xatırladım ki, tələbələrim arasında dəfələrlə Avropa və Dünya çempionu adını qazanan  idmançılar var. Düzünə qalsa çox çətindir olub ki,eyni yarışda ayrı- ayrı rinqlərdə həm özüm, həm də tələbələrim vuruşub. Ağlım qalıb onların yanında fasilələrdə qışqırıb fılan zərbəni vur, filan taktikadan istifadə elə deyirdim.

 

-           Sizə başqa ölkələrdən təkliflər olubmu ki, bizim adımızdan vuruş?

-        Əlbətdə çox olub belə təkliflər cavabında mən hər zaman bir bayraq altında vuruşub üç rəngi dalğalandıracağımı demişəm.

 

-           Məhşur olmağınız sizin sadəliyinizə təsir etdimi.

-        Mən deyərdim ki,insanın sadəliyi özündən asılıdır. Sadəlik insanın ailəsindən irəli gəlir. Mən sadəliyi həm ailəmdən, həm də məşqçimdən öyrənmişəm. İnsan nə qədər sadədirsə vaxt keçdikcə  onun  sadəliyi dəyişməyəcək. İnsanın sadəliyi onun gözəlliyidir.

 

-          Bu qədər uğurlu döyüşlərə imza ataraq bayrağımızı dünyaya tanıtmısız, dövlətimiz sizə yetərincə diqqət və qayğı göstərirmi?

-       Əlbətdə bizim hörmətli cənab prezidentimiz İlham Əliyev biz idmançılara yetərincə diqqət və qayğı göstərir. Bizlərin xarici arenalarda bayrağımızı yüksəltməyimiz üçün gözəl şəraitlər yaradır. Bu qədər olimpiya kompleksləri tikilir. Əbəs yerə deil ki, cənab prezidentimiz hər zaman idmançılar mənim qardaşımdır,dostlarımdır ifadəsini vurğulayır. Biz də fəxr edirik ki,bizim dövlətini, vətənini, xalqını sevən, bizlər üçün hər cür şərait  yaradan prezidentimiz var. Bundan əlavə Gənclər və İdman Nazirliyi 2009-2014-cü illərdə məni ilin ən yaxşı idmançısı seçmişdir. Gənc idmançılara öz diqqət və qayğılarını əsirgəmədikləri üçün Gənclər və İdman Nazirimiz Azad Rəhimova öz minnətdarlığımı bildirirəm. Bundan əlavə Azərbaycan KB Federasiyası prezidenti, millət vəkili Adil Əliyevə, Vitse-Prezident Güloğlan Cabbarova, yığma komandanın rəisi Sadıq Bağırova, Baş məşqçi Elşən Abdürrəhmanova  Kikboksun Azərbaycanda sürətlə  inkişafına görə hər birinə dərin minnətdarlığımı bildirirəm. Mən həmçinin Neftçi klubunun həm məşqçisi, həm də idmançı üzvüyəm və klubun inkişafı, idmançılara diqqətinə görə klubun baş direktoru Sadıq Sadıqova öz təşəkkürümü bildirirəm.

 

-         Eduard 2015  ilk Avropa Oyunlarına da öz fikrini bildirdi:

-      Çox sevindirici haldır ki,  İlk Avropa oyunları adlı mötəbər bir yarış turniri Azərbaycanda keçiriləcək.Yaxşı xatırlayıram o vaxtlar İlk Yay Olimpia oyunlarının Afinada keçirilməsi tez-tez danışılırdı və tarixə düşmüşdü. Azərbaycan 2015 İlk Avropa Oyunlarının ev sahibliyinə görə tarixə düşəcək və vaxt gələcək insanlar İlk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyindən  danıçacaqlar. Düzdür bu yarışlarda Kikboks növü olmayacaq amma biz idmançılara dəstək üçün orda olacağıq və böyük uğurlar əldə edəcəyimizə inanıram.

 ƏLİ ƏLİYEV

AzeriTimes.Az

Xəbər lenti