ABŞ-da qalmaqal: Qanunları ilə uşaq yaşda gəlinlərin sayını artırıb

ABŞ-da qalmaqal: Qanunları ilə uşaq yaşda gəlinlərin sayını artırıb

ABŞ Xarici İşlər Nazirliyinin 2007-2017-ci illərdə kişilərin uşaq yaşda olan qızlarla evlənərək pasport almaq üçün edilən müraciətlərini təsdiqlədiyi ortaya çıxıb.

Sfera.az xəbər verir ki, bu barədə "Associated Press” agentliyinin ələ keçirdiyi hökumət məlumatlarında qeyd edilib. Belə ki son 10 il ərzində minlərlə kişi pasport almaq üçün azyaşlıuşaqlarla evlənib.

ABŞ Senatının Daxili Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanan hesabatında 5 mindən çox yetişkin insan uşaq yaşdakı arvadlarına evlilik yolu ilə pasport almaq üçün müraciət etdiyi halda, 3 minə yaxın uşaq da özündən böyük olan ərlərinə pasport almaq üçün ərizəylə müraciət etdikləri yer alıb.

 

Ən çox pasport tələbi Meksikadan...


Uşaq yaşdakı evliliklərdə ən çox pasport tələb edilən ölkə Meksikadan gəlib. Bu ölkəni Pakistan, İordaniya, Dominik Respublikası və Yəmən təqib edib.

Zorla evləndirilən bəzi şəxslər danışaraq bildiriblər ki, ABŞ-ın yumuşaq evlilik qanunları və ABŞ pasportunun cəlbedici olması minlərlə müraciətlərin artmaqsına səbəb olur. Bu da qanundakı boşluqdan irəli gəlir.


ABŞ-da miqrant vizası və "yaşıl kart" ala bilmək üçün iki mərhələdən keçməlisən. Müraciətlər ABŞ Miqrasiya və Vətəndaşlıq Ofisində dəyərləndirildikdən sonra Xarici İşlər Nazirliyində təsdiq edilmək üçün təqdim edilir.


Ölkə xaricindən evlilik yolu ilə ABŞ-a gələcək insanlar üçün yaş həddi olmadığından Xarici İşlər Naziriliyi sözügedən məsələdə müraciətlərin təsdiqlənməsində qanuni olmayan heç nə yoxdur.

Müraciət zamanı insanların öz ölkələrindəki evliliklərin qanuna uyğun olub-olmadığı və ABŞ-da yaşayacaqları vilayətdə qanuniliyi yoxlanılır. Lakin ABŞ-ın miqrasiya sistemində məcburi evliliklərə açıq qapı olması və ya "uşaq gəlinlər" problemi yaradıb-yaratmadığı araşdırılır.

Sfera.az

Xəbər lenti