ABŞ-ın hərbi gəmisi Gürcüstana gəlib

ABŞ-ın hərbi gəmisi Gürcüstana gəlib
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Donald Cook” adlı hərbi gəmi (esmines) Gürcüstanın Batumi dəniz limanına yanvarın 21-də dostluq səfəri edib.

"Report” xəbər verir ki, bu barədə Gürcüstanın "İmedi” televiziyası bildirib.

"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Doland Cook” hərbi gəmisinin Gürcüstana son bir ildə ikinci səfəridir. Bu iki ölkə arasında dənizdə təhlükəsizlik və sabitlik sahəsində əməkdaşlığa çağırışıdır”, - TV hadisə ilə bağlı reportajında bildirib.

Məlumata görə, hərbi gəmi yanvarın 24-də səfərini başa vuracaq. 

Xəbər lenti