ABŞ-ın məşhur qəzeti Məhəmməd bin Salmanın keçirəcəyi konfransı boykot etdi

ABŞ-ın məşhur qəzeti Məhəmməd bin Salmanın keçirəcəyi konfransı boykot etdi
ABŞ-ın "New York Times” qəzeti Səudiyyə Ərəbistanın İstanbul Baş Konsulluğunda yoxa çıxan jurnalist Camal Kaşıkçının taleyi ilə bağlı tənqid hədəfinə çevrilə Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçirəcəyi Gələcəyə Sərmayə Təşəbbüsü (Future Investment Initiative) konfransının sponsorluğundan imtina edib.

Sfera.az xəbər verir ki, "New York Times”ın jurnalisti Aylin Mörfi yaydığı bəyanatda qəzetin 23-25 oktyabrda Ər-Riyadda keçiriləcək konfransına media sponsorluğundan imtina etdiyi qeyd olunub.

Konfransın sponsorları arasında "Bloomberg”, CNBC, CNN kimi ABŞ-ın məşhur media orqanları var.

Gələcəyə Sərmayə Təşəbbüsü konfransı bir digər adı ilə "Səhradakı Davos” kimi tanınır.

Xəbər verdiyimiz kimi, "Washington Post” qəzeti Camal Kaşıkçının həbs olunması və Səudiyyə Ərəbistanına gətirilməsi əmrinin şəxsən şahzadə Məhəmməd bin Salman tərəfindən verildiyini bildirmişdi.
 
Rəsul
Sfera.az


 

Xəbər lenti