ABŞ Çinə qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ Çinə qarşı sanksiyalar tətbiq edə bilər

Ağ Ev naməlum çinli hakerlərin hücumlarından mənfəət əldə edə bilən Çinin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

Trend-in "Washington Post" qəzetinə istinadən verdiyi məlumata əsasən, rəsmi qərar 2 həftə ərzində qəbul ediləcək.

Hökumət və dövlət departamenti məlumatla bağlı açıqlama verməyib.

Qeyd edilir ki, sanksiyalar ABŞ-ın kadr agentliyinə hücumda təqsirli bilinənlərə qarşı tətbiq edilməyəcək, belə ki, bu, sənaye casusluğundan daha çox kəşfiyyat əməliyyatıdır.

Xəbər lenti