Abşeronda piyada keçidi ilə hərəkət edən gənc qızı maşın vurub - FOTO

Abşeronda piyada keçidi ilə hərəkət edən gənc qızı maşın vurub - FOTO
Hadisə

Bakı. 13 oktyabr. / Ötən gecə Abşeron rayonunun Müşviqabad qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şamaxı-Bakı yolu ilə hərəkət edən “99-GC-706” dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Məmmədov Ağaəsgər Ağaibrahim oğlu piyada zolağı ilə hərəkət edən təxminən 20-25 yaşlı qızı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər vəziyyəti ağır olduğu üçün onu xəstəxananın Reanimasiya şöbəsinə köçürüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib.

float: left; width: 100%;">

Xəbər lenti