Afrikanın Saxara səhrasına ikinci il ardarda qar yağıb - FOTO

Afrikanın Saxara səhrasına ikinci il ardarda qar yağıb - FOTO
Yağıntının

Bakı. 8 yanvar. / Əlcəzairin Ayn-Sefa şəhərinin sakinləri qeyri-adi təbiət hadisəsinin şahidi olublar – dünyanın Afrikanın şimalında yerləşən ikinci ən böyük səhrası olan Saxaraya ikinci il ardarda qar yağıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, səhraya düşən yağıntının hündürlüyü cəmi 40 sm təşkil edib. Bununla belə, günün sonunadək qar əriməyə başlayıb.

Qışda Əlcəzairin bu şəhərində temperatur 0 dərəcəyə düşür və ötən il yerli sakinlər artıq qar görməyə macal tapıblar. Ondan əvvəl isə bu yerlərə qar 1979-cü ildə yağıb.

float: left; width: 100%;">

Xəbər lenti