Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü - Sumqayıtda faciə

Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü - Sumqayıtda faciə
Sumqayıt şəhər Corat qəsəbəsində ana və oğlu dəm qazından boğulublar. 

AZXEBER.COM xəbər verir ki, 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və oğlu, 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğlu yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerindədir. 

Hər iki şəxsin meyiti Sumqayıt şəhər Xəstəxanasının morquna gətirilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti