ANS-in daha bir tanınmış aparıcısı başqa kanala keçdi

ANS-in daha bir tanınmış aparıcısı başqa kanala keçdi

 

Natiq Nailəoğlu "Region TV"-yə keçib.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, lisenziyası ləğv edilmiş ANS-in aparıcısı Natiq Nailəoğluyeni mövsümdən "Region TV"də efirə çıxacaq.

Məlumatı dəqiqləşdirmək üçün "Region TV" kanalının sözcüsü İsmayıl Həsənovla əlaqə saxladıq. İ.Həsənov məlumatı təsdiqləyərək bildirdi ki, Natiq Nailəoğlu ilə artıq razılığa gəliblər və o, yeni mövsümdən etibarən kanalın xəbərlər xidmətində aparıcı olaraq çalışacaq.

Qeyd edək ki, ANS-in daha bir əməkdaşı Rahil Sayadoğlu da bu mövsümdən etibarən "Region TV"də yeni layihə ilə efirə çıxacaq.

Xəbər lenti