Araz və Emin Ağalarovlarun ABŞ məhkəməsindən xahişi - "İddia ərizəsi rədd olunsun"

Araz və Emin Ağalarovlarun ABŞ məhkəməsindən xahişi -

"Crocus Group” şirkətinin sahibi Araz Ağalarov və onun oğlu Emin Ağalarov ABŞ Demokrat partiyasının onlara qarşı qaldırdıqları iddia ərizəsinin rədd olunmasını xahiş ediblər.

Demokrat partiyası məhkəməyə müraciətində bəhs olunan şəxslərin Rusiyanın 2016-cı il seçkilərinə qarışması prosesinin iştirakçısı hesab etdiyini bildirib. Ərizə partiyanın vəkillər qrupu tərəfindən Nyu-York ştatının Cənub dairə məhkəməsinə təqdim edilib.

Ağalarovun vəkilləri isə iddia ərizəsində Rusiya biznesmenləri ilə Rusiyanın ehtimal edilən müdaxiləsi arasında bağlantı qurulmadığını bildiriblər. Vəkillərin firkincə, Ağalarovlar ailəsinin Rusiyada yaşaması və ABŞ-ın indiki prezidenti Donald Tramp və onun komanda üzvləri ilə tanışlıqlarının olması "onların hansısa kompüterlər proqramının sındırılması" işində iştiraklarına əsas verə bilməz.

"İddiaçının Ağalarovlara qarşı tələbləri kökündən yanlışdır və qərəzli olması səbəbindən təmin edilə blilməz”,-deyə vəkillərin etiraz mətnində deyilir.

Qeyd edək ki, ABŞ sanksiyaları "Renova” qrupunun sahibi Viktor Vekselberq tərəfindən də mübahisələndirilir. "Bloomberg” agentliyinin məlumatına görə, Vekselberq ona qarşı tətbiq olunan məhdudiyyətlərin məhkəmə yolu ilə götürlüməsi üçün amerikalı vəkillər tutub.

Demokrat partiyasının iddiasına gəlincə isə, ərizə bu ilin aprelində məhkəməyə təqdim olunub. Burada cavabdeh olaraq Rusiya Müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsi, Araz və Emin Ağalarovlar, prezident Donald Trampın seçki kampaniyasının komandası, prezidentin özü, onun kürəkəni Cared Kuşner və oğlu kiçik Donald Tramp, həmçinin WikiLeaks və onun təsisçisi Culian Assanj göstərilib.

Xəbər lenti