Argentinanın təhlükəsizlik nazirinə bomba göndərilib - FOTO

Argentinanın təhlükəsizlik nazirinə bomba göndərilib - FOTO

Bakı. 17 yanvar. / Argentinada polis ölkənin təhlükəsizlik nazirinə göndərilən bomba və təhdid dolu mesaj aşkar edib.

"Report" NTV-yə istinadən xəbər verir ki, qurğunun olduğu qutu paytaxt Buenos-Ayres ətrafında yerləşən Vilya-Boş şəhərindəki küçələrdən birində tapılıb.

Qutuda kustar üsulla hazırlanmış bomba və Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç və federal hakim Klaudio Bonadionun ünvanına yönəlmiş təhdid dolu mesajlar olub.

P.Bullriç partlayıcının şəklini "Twitter" səhifəsində yerləşdirib və şəkilə belə şərh yazıb: "Bombalı təhdid qanunsuz narkotik dövriyyəsi, ticarəti, mafiya və demokratik institutların işinə maneə yaratmağa çalışanlara qarşı mübarizəmizə təsir etməyəck".

float: left; width: 100%;">

Xəbər lenti