Arif Əzizova Prezidentin fərdi təqaüdü verilib

Arif Əzizova Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Arif Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasında tikinti və tarix-memarlıq abidələrinin bərpası sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Bəylər oğlu Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.



Xəbər lenti