Artıq 3 təklifdən imtina edib

Artıq 3 təklifdən imtina edib
"Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo təklifi təklif ardıca alır. 
Kaspi.az xəbər verir ki, Mourinyo artıq 3 klubdan təklif aldığını bildirib. Ancaq o, bu təkliflərin heç birini qəbul etməyib. Joze bildirib ki, növbəti təklif onun üçün çağırış ola bilər: 
"Hələlik baş verənləri analiz edirəm. Artıq 3 təklif almışam və hər üçündən imtina etmişəm. Çünki hiss etdim ki, bunlar mən istəyən təkliflər deyil. 
Sakit olmağa çalışıram. Vaxtım nə qədər çox olacaqsa, bir o qədər yaxşı hazırlaşmaq imkanım olacaq. 
Növbəti təklif çağırış olacaq. Məhz o təklif məni xoşbəxt edəcək”. 

Xəbər lenti