"Axar.az" saytının 5 yaşı tamam olur

Bu gün "Axar.az" xəbər saytının 5 yaşı tamam olur.

Qaynarinfo-nun xəbərinə görə, 2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.

Axar.az saytı "Teleqraf.com” MMC-nin tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri tanınmış jurnalist Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.

Qaynarinfo olaraq Axar.az-da çalışan bütün həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayır!

Xəbər lenti