Aygün Kazımova illərdir küsülü olduğu rəqqasəni təriflədi

Aygün Kazımova illərdir küsülü olduğu rəqqasəni təriflədi

 

Xalq artisti Aygün Kazımova uzun illərdir küsülü olduğu rəqqasə Oksana Rəsulova ilə barışmasından danışıb. 

axsam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla"ya açıqlamasında onun rəqslərini bəyəndiyini deyib:

"Kim nəyi gözəl bacarırsa, demək, alqışlamaq lazımdır. Fatimədə milli rəqslərimiz gözəl alınır. Oksananın isə hind rəqsləri möhtəşəmdir. Bunu kimdən soruşsanız belə deyər. Bizim də sənətdən başımız çıxır, bunu deməliyik".

O.Rəsulova bildirib ki, A.Kazımova ilə barışıq konsert zamanı baş tutub:

""Aygün Rəhimli şou"da barışıq oldu. Hər şey yaxşıdır, burada nə var ki? Mən Aygün xanımı da, Rəhimi də çox istəyirəm. Hətta sənətə başlayanda ilk dəfə Aygün xanımın aparıcılıq etdiyi "Xeyir ola" verilişinə qonaq olmuşdum".

Qeyd edək ki, A.Kazımova ilə O.Rəsulovanın küsməsinə səbəb meyxanaçı Namiq Qaraçuxurlu olmuşdu.

Xəbər lenti