Azərbaycan icmasının nümayəndələri Ukrayna DİN-in binası qarşısında mitinq keçiriblər

Azərbaycan icmasının nümayəndələri Ukrayna DİN-in binası qarşısında mitinq keçiriblər

Bakı. 10 yanvar. / Azərbaycan icmasının nümayəndələri Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq keçiriblər.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, aksiyada 150 nəfər iştirak edib.

Onlar hüquq-mühafizə orqanlarını Ukraynadakı azərbaycanlılara təzyiq edən, onları oğurlayan cinayətkarlara qarşı tədbirlər görməyə çağırıblar.

Bəzi mitinq iştirakçılarının fikrincə, cinayətkarlar güc strukturlarından qorxmurlar və Ukraynada sahibkarlıqla məşğul olan 20-dən çox azərbaycanlı oğurlanıb.

Aksiya iştirakçıları üzərində "Ukraynaya sərmayə qoymaq istəyirəm, amma bu, təhlükəlidir", "90-cı illər geri qayıdır", "Ukraynada quldurluğa qarşıyıq. Bizi qoruyun" yazılmış plakatlar tutublar.

float: left; width: 100%;">

Xəbər lenti