“Azərbaycan-Slavyan Gənclərinin I forumu" baş tutacaq

“Azərbaycan-Slavyan Gənclərinin I forumu

2006-cı ildə fəaliyyət göstərən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) 2019-cu ildə daha bir mühüm layihəyə imza atacaqdır. Belə ki, ASGA Gənclər Fondunun dəstəyi ilə "Azərbaycan-Slavyan Gənclərinin I FORUMU”nu reallaşdıracaqdır. Üç aylıq layihə çərçivəsində nəzərdə tutulan forum 2019-cu ilə reallaşacaq.

Bu barədə AZXEBER.COM-a ASGA sədri Səbuhi Abbasov Məlumat verib: "Bu olduqca ağır layihədir, eyni zamanda, ölkəmizdə ilk dəfədir reallaşır. Layihə 1-dekabr 2018 ildən 1 mart 2019-cu il tarixədək davam edəcəkdir. Forumu isə 2019-cu ilin fevral ayında reallaşdırmaq niyyətindəyik. Ümumilikdə Forumda 18 xarici iştirakçı, yerli QHT və media nümayəndələrinin iştirakı nəzərədə tutulmuşdur. Forumun xarici iştirakçılarından 10 nəfər Slavyan ölkələrini, 8 nəfəri isə digər xarici ölkələri təmsil edəcəklər. Forum ilk günü işgüzar, 2-ci günü Bakı ilə tanışlıq, 3-cü günü isə bədii hissələrə aid olacaqdır. Hesab edirəm Azərbaycan tarixində ilk dəfə reallaşacaq bu forum ölkəmizin dünyada təbliğinə böyük tövhə verəcəkdir.

Mən ASGA sədri olaraq Gənclər Fonduna göstərdikləri etimaddan dolayı dərin təşəkkürümü bildirirəm”


Xəbər lenti