Azərbaycanda elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı MCC kodların siyahısı yenilənəcək

Azərbaycanda elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı MCC kodların siyahısı yenilənəcək

Bakı. 10 yanvar. / Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun yeni ildə ilk iclası keçirilib.

“Report” ABA-ya istinadən xəbər verir ki, iclasda qurumun icraçı direktoru Yunus Abdulov, Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov və digər üzvləri iştirak edib.

İclas zamanı Azərbaycanda elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı MCC kodların siyahısının rüblük əsasda yenilənərək Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergilər Nazirliyinə təqdim edilməsi məsələsi müzakirə olunub və razılıq əldə edilib.

Həmçinin iclasda Qrupun 2018-ci il üzrə İş Planı müzakirə olunub. Müzakirə zamanı İş Planının əsas istiqamətlərinə və yeni ildə görüləcək işlərə toxunulub. Eləcə də elektron ticarət qaydasında edilən ödənişlərin məbləğinə dair banklardan statistik məlumatların toplanması və onun əsasında araşdırmanın hazırlanması nəzərdə tutulub.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.

float: left; width: 100%;">

Xəbər lenti