Azərbaycanın Bank Ombudsmanı Avropa İttifaqının ekspertləri ilə görüşüb

Azərbaycanın Bank Ombudsmanı Avropa İttifaqının ekspertləri ilə görüşüb

Bakı. 11 yanvar. / Bu gün Azərbaycanın Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Avropa İttifaqının Azərbaycanda mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün ekspertləri - Rimantas Simaitis, Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəsəfov və Aİ-nın Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşlıq şöbəsinin mütəxəssisi Məryəm Hacı-İsmayılova ilə görüşüb.

“Report” Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir ki, görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı və onun gördüyü işlər haqqında məlumat almaq, mediasiya sahəsində digər aidiyyatı qurumlar kimi Bank Ombudsmanının fəaliyyətinin rolu barədə fikir mübadiləsi aparmaq olub.

İ.Kərimov qonaqlara Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat vermiş və gələcəkdə görülməli olan işlərdən danışıb. O, müasir dövrdə banklar ilə müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulayıb, az təminatlı ailələrin qarşılaşdıqları bu problemlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd edib. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə bu il qəbul olunması planlaşdırılan “Maliyyə Ombudsmanı haqqında” qanun layihəsi ətrafında aparılan müzakirələrin önəmli olduğunu qonaqların nəzərinə çatdırılıb.

R.Simaitis isə öz növbəsində Azərbaycanda belə bir institutun yaranmasının mühüm bir addım olduğunu bildirib, bu sahədə görülən işləri yüksək qiymətləndirib. O qeyd edib ki, mediasiya sahəsində Ehtiyacların Qiymətləndirilməsi Hesabatını hazırlamaq üçün fakt araşdırıcı missiya, məlumatlandırmanın artılması üçün seminarların keçirilməsi, əsas iştirakçı tərəflərlə işçi qrup müzakirələri, təlim səfəri və ölkədə mediasiyanın inkişaf etdirilməsi üçün Yol xəritəsinin hazırlanmasıda bu layihəyə daxildir. Bu sahədə də Bank Ombudsmanının fəaliyyətinin əhəmiyyəti böyükdür.

Sonda Bank Ombudsmanı ilə Avropa İttifaqı və dövlət orqanları arasında bu sahədə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi və İşçi Qrupunun işinə dəstək verilməsi haqqında razılıq əldə olunub.

float: left; width: 100%;">

Xəbər lenti