Bakıda betonqarışdıran maşın avtobusa çırpılıb, xəsarət alanlar var

Bakıda betonqarışdıran maşın avtobusa çırpılıb, xəsarət alanlar var
Avtobusun© Report

Bakı. 11 yanvar. / Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən "Səkkizinci kilometr" bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.

Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.

Hadisə yerinə təcili yardım maşını gəlib.

float: left; width: 100%;">

Xəbər lenti