Bakıda Qazaxıstan Akademik Folklor-Etnoqrafik Orkestrinin konserti keçirilib

Bakıda Qazaxıstan Akademik Folklor-Etnoqrafik Orkestrinin konserti keçirilib
© Report

Bakı. 14 dekabr. / Azərbaycan Dövlət Musiqili Teatrında ilk dəfə N.Tlendiyev adına Qazaxıstan Akademik Folklor-Etnoqrafik Orkestrinin konserti keçirilib.

"Report" xəbər verir ki, konsert Qazaxıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Konsertdən əvvəli danışan Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev orkestrın fəaliyyəti və tarixindən söz açıb. Onun sözlərinə görə, orkestrdə 20-dən çox milli musiqi alətindən istifadə olunur.

O, bu tədbirin təşkilində yardım göstərdiyinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də Teatr rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə dirijor, xalq artisti Ağaverdi Paşayev Qazaxıstan Mədəniyyət Nazirliyinin "Şərəf" medalı ilə təltif olunub.

Xatırladaq ki, Qazaxıstan Akademik Folklor-Etnoqrafik Orkestrinin kollektivi dekabrın 13-də Qazaxıstanın Müstəqillik Günü münasibətilə Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan xüsusi konsert proqramında iştirak edib.

float: left; width: 100%;">

Xəbər lenti