Bakıda sərnişin avtobusu yük maşınına çırpılıb, yaralananlar var - FOTO

Bakıda sərnişin avtobusu yük maşınına çırpılıb, yaralananlar var - FOTO
Hadisə© Report

Bakı. 13 oktyabr. / Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.

“Report” xəbər verir ki, 163 saylı sərnişin avtobusunun “Shacman” markalı yük maşınına çırpılması nəticəsində brinci nəqliyyat vasitəsində olan sərnişinlərdən 3 nəfəri xəsarət alıb. Yaralanan 23 yaşlı Fərzəliyev Orxan, 35 yaşlı Qəniyev Xalid və 29 yaşlı Kərimov Səfa xəstəxanaya yerləşdirilib.

Hər iki maşın cərimə meydançasına aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

float: left; width: 100%;">

Xəbər lenti