Bakıda yük maşını minik avtomobili ilə toqquşub, 5 nəfər ölüb - YENİLƏNİB - FOTO

Bakıda yük maşını minik avtomobili ilə toqquşub, 5 nəfər ölüb - YENİLƏNİB - FOTO
Faktla© "Report"

Bakı. 5 dekabr. / Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölənlərin hamısı bir ailənin üzvləridir. 

"Report"un məlumatına görə, onların arasında 6 yaşlı uşağın da olduğu bildirilir. Ailə üzvləri Ağcabədi rayonundan, yas mərasimindən Bakıya qayıdırmış.

 Faktla bağlı araşdırma aparılır.

***18:55

Bakıda yük maşını minik avtomobili ilə toqquşub. 

"Report"un məlumatına görə, hadisə Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. 

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır. 

Faktla bağlı araşdırma aparılır.

float: left; width: 100%;">

Xəbər lenti