Barda tanış olduğu qadını qanına qəltan etdi

Barda tanış olduğu qadını qanına qəltan etdi
İstanbulun Bəyoğlu məhəlləsində bir həftə qabaq barda tanış olduğu qadını evinə dəvət edən kişi qapını açar-açmaz qadının qarnından və əlindən bıçaqlayıb.

AZXEBER.COM teleqraf.com-a istinadən bildirir ki, səbəbi məlum olmayan hadisədən sonra polisə və təcili yardıma zəng edən qadın yerə oturaraq əli ilə qarnından axan qanın qarşısını almağa çalışıb.

Təcili yardımın ilkin müdaxiləsindən sonra qadın xəstəxanaya aparılıb.

Xəbər lenti