“Bavariya”dan “Ayaks”ın iki futbolçusuna görə REKORD MƏBLƏĞ

“Bavariya”dan “Ayaks”ın iki futbolçusuna görə REKORD MƏBLƏĞ
Almaniyanın "Bavariya" klubu yayda özünə məxsus transfer rekordunu yeniləyə bilər.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Münhen klubu Niderlandın "Ayaks" klubunun iki oyunçusuna görə, 150 milyon avrodan keçməyə hazırdır. Belə ki, klub 19 yaşlı müdafiəçi Mattisa de Luqte və 21 yaşlı yarımmüdafiəçi Frenki de Yonqu heyətinə qatmaq istəyir. Hər iki oyunçu Avropanın bir neçə aparıcı klubu tərəfindən izlənilir.

Cari mövsüm Mattisa de Luqte 24 oyuna üç qol, Frenki de Yonq isə 22 oyuna iki qol yadda qalıb.

Qeyd edək ki, "Bavariya"nın hazırki rekordu Fransanın "Lion" klubundan 41 milyon avroya transfer etdiyi Korentena Tolissodur.

Xəbər lenti