Bərdədə minik avtomobili aşıb, qadın sərnişin ölüb - YENİLƏNİB - FOTO

Bərdədə minik avtomobili aşıb, qadın sərnişin ölüb - YENİLƏNİB - FOTO
Faktla© Report

Bərdə. 5 dekabr. / Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən qadının adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, idarəetmədən çıxaraq bir neçə dəfə aşan "VAZ-21010” markalı avtomobildə olan sərnişin, rayonun Ləmbəran kənd sakini, 69 yaşlı Dünya Məmmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

***14:15

Bərdə. 5 dekabr. / Bərdə rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdənin Mehtili kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-21010” markalı avtomobil idarəetməni itirərək bir neçə dəfə aşıb. Nəticədə avtomobildə olan sərnişin - hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın dünyasını dəyişib.

Faktla bağlı polis araşdırma aparır.

float: left; width: 100%;">

Xəbər lenti