Bərdədə yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub - FOTO

Bərdədə yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub - FOTO
Yanğının© Report

Bərdə. 11 yanvar. / Bərdə rayonunda yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndə məskunlaşan məcburi Kəlbəcər rayonunda olan məcburi köçkün Ceyhun Babayeva məxsus fərdi quşçuluq təsərrüfatında yanğın baş verib. Yanğın zamanı təsərrüfatda olan 300-ə qədər ev quşları yanaraq tələf olub. 

Hadisə yerinə FHN-nin Bərdə Rayon Yanğından Mühafizəsi Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb. 

Yanğının baş verməsinin səbəbləri araşdırlır. 

float: left; width: 100%;">

Xəbər lenti