BNA 175 nömrəli marşrutda yenilik edib

BNA 175 nömrəli marşrutda yenilik edib

Bakı. 11 yanvar. / Bakıda 175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, bu xətt üzrə Hövsan şosesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub.

Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib. Sərnişinlərin rahat şəkildə "BakıKart" əldə etməsi, eyni zamanda kartın balansını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb.

float: left; width: 100%;">

Xəbər lenti