Bolqarıstan prezidenti Milli Məclisdə olub

Bolqarıstan prezidenti Milli Məclisdə olub
Görüşdə© Azertag

Bakı. 13 oktyabr. / Bolqarıstan prezidenti Rumen Radev Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla  görüşüb.

Parlamentin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrdən danışılıb, ölkələr arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.

Z.Əsgərov bildirib ki, Azərbaycan Bolqarıstan ilə münasibətlərin inkişafına böyük önəm verir.

Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də söhbət açıb, bu problemin ölkənin inkişafına mane olduğunu vurğulayıb.

Prezident Rumen Radev müxtəlif sahələrdə əməkdaşlığın Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söyləyib. Dövlət başçısı bildirib ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb.

float: left; width: 100%;">

Xəbər lenti