"Donuz qripi" daha bir ölkəni ağuşuna aldı

Donuz qripi Latviyada da yayılmağa başlayıb.
 
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hər gün təqribən 20 yoluxma faktı qeydə alınır.
 
İnfektologiya mərkəzinin məlumatına görə H1N1 virusu ölkədə yayılmış xəstəliklərin arasında birincidir. Virus ötən həftənin dördüncü günü qeydə alınıb. İlk gün 27 nəfər pasient daxil olub. Latviya həkimləri bildirirlər ki, bu qrip yüksək 41 dərəcə temperaturla müşahidə oluna bilər. Belə bir simptomu olan xəstələr xəstəxanaya, ya da ailə həkiminə müraciət etmələri barədə elanlar verilib.
 
Qeyd edək ki, donuz qripi Gürcüstanda artq 18 nəfərin həyatına son qoyub. Daha sonra virus Ermənistanda müşahidə edilib və iki nəfər bu xəstəlikdən ölüb.

Xəbər lenti