Dünya birliyinin unutduğu XOCALI...

Dünya birliyinin unutduğu XOCALI...

Xocalı Faciəsi... Dünya ictimaiyyətinin hələ də göz yumduğu faciə... Bəli, belədir. O gün minlərlə adamın üzərinə qoşun yeridən,əhalini öz vətənindən didərgin salan erməni faşistlərinin bu əclaflığına dünya birliyi hələ də göz yumur . Dünya birliyi "bunu görmürmü?" sualı adamı düşündürür. Əlbəttə görür, lakin Rusyanın havadarlığı altında erməni ideologiyasinin hökm sürdüyü dünyada yaşayırıq. Bugün bizə ədalətdən, demokratiyadan danişan dünya 26 fevral 1992-ci ildə Xocalıda baş verən soyqırıma göz yumdu. 613 nəfərin ölümünə,1275 nəfərin əsir düşməsinə səbəb olan ermənilərin bu ədalətsizliyi dırnaqarası demokratiyadan danışan ölkələr tərəfindən qəbul edilir. Adını BMT təhlükəsizlik şurası qoyan bir təşkilatın bu ədalətsizliyi görə-görə üstündən keçməsi həqiqətən də acınacaqlıdır.SSRİ-nin tərkibindən təzə çıxan və hələ də 71 illik əsarətin təsirindən oyana bilməyən bir xalqa qarşı bu haqsızlığın törədilməsi nə dərəcədə beynəlxalq hüquq çərçivəsinə uyğundur? ABŞ dediyimiz "demokratik" bir dövlətin ötən əsrin sonlarından başlayan və Yaxın Şərqdə çaxnaşma yaratmaq siyasətinə uyğun olaraq Azərbaycan da bu siyasətin həyata keçirilməsi üçün əsas məntəqələrdən birinə çevrildi. Və beləliklə, ABŞ, Rusiya və erməni 3-lüyü Azərbaycana qarşı bu faciənı həyata keçirdi. Daha sonra ATƏT-in Minsk qrupu guya bu munaqişənin sülh yolu ilə həlli uğrunda fəaliyyətə başladı. Əlbəttə bu təşkilat da heç bir işə yaramadı. Əslində xalqımıza qarşı törədilən bu faciə Azərbaycanın strateji gücünü qəbul edən dünya ictimaiyyətinin bu gücü sarsıtmaq məqsədi güdürdü. Azərbaycanın əhəmiyyətli iqtisadi-coğrafi mövqəyi, yeraltı, yerüstü sərvətləri daim yadelli ölkələrin maraq dairəsində olmuşdur.

Tarixə nəzər saldıqda bunu bir daha əyani şəkildə görə bilərik. Və qayıdaq bugünümüzə. Bugün artıq Azərbaycan sürətli inkişaf yolu seçən bir ölkədir.Məhz buna görə də Azərbaycanın sadəcə ordu quruculuğuna ayırdığı məbləğ Ermənistanın bütöv büdcəsinə bərabərdir. Ordumuz, sənayemiz, iqtisadiyyatımız göz oxşayır. Azərbaycan 90-ci illərin əvvəllərindəki zəif dövlət deyil, artıq dünya arenasında öz sözünü deyən bir dövlətdir. Mənə belə gəlir ki,artq bu gücümüzü erməni faşizminə göstərməyin-Xocalıya, Şuşaya, Ağdama, Xocavəndə və s. işğal altında olan torpaqlarımıza ədalət şüarı altında birləşməyin vaxtıdır,bəlkə də vaxtından keçir.

Müəllif: Fərid Səmədbəyli (BDU tələbəsi)




Xəbər lenti