Dünyanın 7 nəhənginin kəşfiyyatları Rusiya və Çinə qarşı birləşir

Dünyanın 7 nəhənginin kəşfiyyatları Rusiya və Çinə qarşı birləşir
ABŞ, Avstraliya, Britaniya, Kanada və Yeni Zelandiya, Almaniya və Yaponiya kəşfiyyatları Çin və Rusiyaya qarşı mübarizə məqsədilə informasiya mübadiləsi üçün kəşfiyyatlar ittifaqı yaratmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, bu barədə "Reuters” agentliyi etibarlı mənbəyə istinadən məlumat yayıb. ABŞ prezidenti Donald Trampın Çinə qarşı təkbaşına mübarizə aparmaqla bağlı çıxışına baxmayaraq, Ağ Ev rəsmiləri kuluarlar arxasında Çinin investisiya və başqa ölkələrin işinə qarışması cəhdlərinin qarşısının alınması üçün fəaliyyət aparırlar.

"Five Eyes” adını alacaq kəşfiyyat alyansının hədəfi Çin olsa da bu həmçinin Rusiyanı da əhatə edəcək. Alyansın məqsədi seçkilərə müdaxilə, Solsberidəki kimyəvi hücum halı kimi hadisələrin və Ukraynaya qarşı təcavüzün qarşısını almaqdır.

Məlumata görə, danışıqlarda xüsusi xidmət orqanlarının əməkdaşları, diplomatlar və hökumət başçıları iştirak edir.

"Biz yeni dünyada yaşayırıq. Avtoritar rejimlər tərəfindən belə gözlənilməz silkələnmə kəşfiyyatların daha sıx və real əməkdaşlığına sövq edir” - "Five Eyes”a üzv ölkələrdən birinin nümayəndəsi belə deyib.
 
Rəsul
Sfera.az
 

Xəbər lenti