Ebru Gündeş qərarını verdi

Ebru Gündeş qərarını verdi

 

Türkiyədə "17 dekabr- rüşvət əməliyyatları" zamanı tutulub 70 gün həbs yatdıqdan sonra buraxılan cənubi azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da həbs olunub.

AzeriTimes.az "Hürriyet"ə istinadən məlumatına görə, Ebru Gündeş yeni qərar verib. 

Həyat yoldaşı həbs edilərkən şok olan Ebru bu gün İstanbula qayıdır. Məktəbə gedən qızının hadisələrdən daha çox pis olmamasını istəyən ifaçı artıq yola çıxıb. 

Qeyd edək ki, Mayamidə hakim Riçard Bermanın sədrliyi ilə keçən məhkəmədə Rza və digər iki nəfər üçün ABŞ hökumətini aldatmaq ittihamı ilə 5 il, ABŞ-ın İran sanksiyalarını pozduğu üçün 20 il, bank saxtakarlığı üçün 30 il və "çirkli pullar"dan istifadə üçün 20 il olmaqla ümumi 75 il həbsi istənilib.

Martın 19-da həbs edilən iş adamları 2010-2015-ci illərdə ABŞ-da gördüyü qeyri-qanuni biznes işlərinə görə məhkəmə qarşısına çıxarılıblar. Məhkəmənin qarşıdakı günlərdə davam edəcəyi gözlənilir.

Xəbər lenti