Ər-arvadı yol qəzası ömürlük ayırdı

Ər-arvadı yol qəzası ömürlük ayırdı

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şıxlar kəndi ərazisində qeydə alınıb. Salyan rayon sakini Mübariz Kərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Almara Kərimova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti