Ermənistandan qaçanlar çoxaldı

Ermənistandan qaçanlar çoxaldı

 

Ötən illin aprel ayı ilə müqayisədə Ermənistan əhalisinin sayı 12 min 300 nəfər azalıb.

Azeritimes.Az raport-a istinadən bildirir ki, bunu ölkənin Milli Statistika Xidməti açıqlayıb. 
Qurumun məlumatına görə, bu ilin əvvəlindən isə ölkə əhalisinin sayı 4 min 2 nəfər azalıb. Hesabat dövründə əhalinin təbii artımı min 500 nəfər, mühacirət edənlərin sayı 5 min 700 nəfər olub.
2016-cı il aprelin 1-ə olan məlumata əsasən, Ermənistan əhalisinin sayı 2 milyon 994 min 400 nəfərdir.
Erməni sosioloqları bildiriblər ki, 1970-ci illərdən sonra ilk dəfə olaraq, ölkə əhalisinin sayı 3 milyondan az olub. SSRİ dağılandan sonra ölkə əhalisinin sayı bir milyon azalıb.

Xəbər lenti