Çexiyada qar səbəbindən 40-dan çox maşın toqquşub

Çexiyada qar səbəbindən 40-dan çox maşın toqquşub
Qəzalara© jihlava.city.cz

Bakı. 17 yanvar. / Güclü qar səbəbindən Praqa-Bratislava sürət magistralının hər iki istiqamətində 40-dan çox maşın toqquşub.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Cənubi Moravski vilayətinin polis nümayəndəsi Petr Zameçnik bildirib.

Onun sözlərinə görə, qəzaya düşən maşınların arasında çoxlu sayda yük avtomobili var.

Petr Zameçnik 10 nəfərin xəsarət aldığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

Qəzalara sürücülərin görüntünün pis olduğu sürüşkən yolda sürət həddini aşmaları səbəb olub.

float: left; width: 100%;">

Xəbər lenti