Federal Ehtiyat Sistemi faiz dərəcəsini sabit saxlayıb

Federal Ehtiyat Sistemi faiz dərəcəsini sabit saxlayıb
ABŞ-ın Mərkəzi Bankının pul siyasətini müəyyənləşdirən Federal Ehtiyat Sisteminin (FES) üzvləri iki günlük noyabr toplantısından sonra faizi yüzdə 2-2,25 aralığında sabit saxlamaq barədə qərar veriblər.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu qərar FES-in 9 üzvünün birgə dəstəyi ilə alınıb.

Qeyd edək ki, FES 2018-ci ildə üç dəfə olmaqla faiz dərəcəsini 2-2,25 faiz səviyyəsinə qədər artırıb.




Xəbər lenti