FETÖ-nun İstanbul üçün QORXUNC PLAN

FETÖ-nun İstanbul üçün QORXUNC PLAN

Türkiyənin paytaxtı Ankaranın bələdiyyə başqanı Melih Gökçek çox qorxunc bir iddia ilə çıxış edir. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bildirir ki,  Fətullahçı Terror Təşkilatı (FETÖ) İstanbulda süni zəlzələ edəcək ki, güclü zərər dəysin. Tam olaraq iddiasını bu cür bəyan edir:

"İnanaraq və israrla söyləyirəm... İqtisadiyyatımızı çökdürmək üçün xarici qüvvələr İstanbulda süni bir zəlzələ planlayır. Bunu bütün dünya bilsin... Söylədiklərimin ən əsaslı sübutu var. Şimali Koreya nüvə silahını sınaqdan keçirdi və 5.3 bal gücündə zəlzələ oldu..."
 
Başqanın sözlərinə görə, FETÖ bunu 14 avqusta da etmək istəyib və buna görə hətta ABŞ onlara köməklik edəcəkmiş: "Mən televiziyada danışandan sonra bu oyun pozuldu".

Xəbər lenti