Firəngiz Əlizadə: "Bəstəkarlar İttifaqının bəzi üzvləri üzvlük haqqını ödəmirlər"

Firəngiz Əlizadə:
İttifaqa© Report/ Elshan Baba

Bakı. 20 oktyabr. / "Azərbaycan Bəstəkarlar İttifaqının bəzi üzvləri üzvlük haqqını ödəmirlər".

Bunu "Report"a açıqlamasında ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə deyib.

O qeyd edib ki, hazırda Azərbaycan Bəstəkarlar İttifaqının 253 üzvü var: "Üzvlükdən çıxanlar yalnız rəhmətə gedən insanlardır. Biz çalışırıq ki, hər zaman İttifaqa yeni insanlar cəlb edək. Təbii ki, onların peşəkar və musiqiyə bağlı insanlar olmalarını istəyirik. Musiqini şöhrət qazanmaq üçün bir vasitə kimi görməsinlər, sənət kimi sevsinlər. İttifaqa üzvlük haqqı çox cuzi, hətta deyərdim gülüncdür: ildə cəmi 5 manat ödəmək lazımdır. Bəziləri bu haqqı ödəmirlər. Onlardan kimisi xaricdə yaşayır, kimisi də xəstə olduğu üçün ödəyə bilmir. Bizim əsasnamədə qayda belədir ki, 2 il üzvlük haqqı ödənilmədikdə həmin şəxs üzvlükdən xaric olunmalıdır. Ancaq biz bunu anlayışla qarşılayırıq. Vaxtaşırı belə insanların üzvlük haqqını özümüz ödəyirik. Xəstə olan, Bəstəkarlar İttifaqının təqaüdünə möhtac olan insanları biz üzvlükdən xaric etmirik".

float: left; width: 100%;">

Xəbər lenti