Futbolçu QƏZAYA DÜŞDÜ, avtoban bağlandı - FOTO

Futbolçu QƏZAYA DÜŞDÜ, avtoban bağlandı - FOTO

 

İngiltərə Premyer Liqa klublarından "Kristal Pelas"ın formasını geyinən Pape Suare ağır yol qəzasına düşüb.

Azeritimes.Az publika.az-a istinadən xəbər verir ki, klubdan verilən açıqlamada 26 yaşlı seneqallının şəxsi avtomobiliylə avtobanda qəzaya düşdüyü bildirilir. Qəzadan sonra tibbi vertolyotla xəstəxanaya aparılan ulduz futbolçunun həyati təhlükəsi olmadığı üzə çıxıb. İlkin müayinədən sonra Papenin ombasından və çənəsindən zədələndiyi məlum olub.
 
Qəza nəticəsində M4 adlanan avtobanda uzun tıxac yaranıb.


Xəbər lenti