Füzuli rayonunun Horadiz qəsəbəsində top mərmisi aşkar edilib

Füzuli rayonunun Horadiz qəsəbəsində top mərmisi aşkar edilib
Mərmi© ANAMA

Bakı. 13 oktyabr. / Füzuli rayonunun Horadiz qəsəbəsində top mərmisi aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə məlumat oktyabrın 12-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Horadiz qəsəbəsində “Burğa dərəsi” adlanan əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

float: left; width: 100%;">

Xəbər lenti