“Gəncəm, Gəncədəyəm!” layihəsi çərçivəsində inşa müsabiqəsi keçirildi.

  “Gəncəm, Gəncədəyəm!” layihəsi çərçivəsində inşa müsabiqəsi keçirildi.

 

"Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu”nun dəstəyi, "İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı və Anar Ağarzayevin layihə rəhbərliyi əsnasında "Gəncəm, Gəncədəyəm!”layihəsi həyata keçirilir. Layihə çərçivəsində 28-30 sentyabr tarixlərində ”Ümumilli Liderimizin Azərbaycan gəncliyinə qayğısı” mövzusunda inşa müsabiqəsi respublikanın 5 müxtəlif regionunda həyata keçirilmişdir.

Müsabiqədə Gədəbəy, Göygöl, Yevlax, Şəmkir və Goranboy rayonlarından olan, 9-10-cu sinif şagirdləri iştirak etmişdir. Müsabiqə Regionların Gənclər Mərkəzi və müxtəlif orta məktəblərində keçirilmişdir. Müsabiqə mərhələsində 200 nəfər məktəbli gənc inşası qeydə alınmışdır. Müsabiqə zamanı yazılmış inşalar ekspertlər tərəfindən yoxlanılaraq qiymətləndirilməsi növbəti mərhələdə baş tutacaq.

Layihə zamanı şagirdlərin müsabiqəyə həvəslə yanaşması ən yadda qalan hadisələrdən biri idi, gənclər arasında bu cür layihələrin keçirilməsi onlarda ruh yüksəkliyi yaradır.

Qeyd edək ki, qaliblər elan olunduqdan sonra ümumilikdə 30 nəfər məktəbli gənclər, 2016-ci ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində baş tutacaq ekskursiyada iştirak haqqı qazanacaqlar. Ekskursiya zamanı məktəblilər Gəncə şəhərinin tarixi abidələri haqqında ətraflı məlumatlar əldə edəcəklər.


 

 

Xəbər lenti