"Gəncəm, Gəncədəyəm!" layihəsinə yekun vuruldu

"Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu”nun maliyyə dəstəyi, "İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı və Anar Ağarzayevin layihə rəhbərliyi əsnasında "Gəncəm, Gəncədəyəm!” layihəsi 10 oktyabr 2015-ci il tarixində başa çatdı. Layihə çərçivəsində keçirilmiş "Ümummilli Liderimizin Azərbaycan Gəncliyinə qayğısı" adlı inşa müsabiqəsində ümumilikdə 5 regiondan qalib gələn gələn gənc məktəblilər 2016-cı il Avropa gənclər paytaxtı seçilmiş Gəncə şəhərində 10.10.2015-ci il tarixində baş tutmuş info-turda iştirak etdilər. Gənclər Gəncə şəhərinin tarixi abidələri haqqında daha yaxından tanış oldular. Sonda qalib gələn gənclərə şəhadətnamələr təqdim olundu.







Xəbər lenti