Gənclər məhkəmə orqanlarında təcrübə keçəcəklər - FOTO

Gənclər məhkəmə orqanlarında təcrübə keçəcəklər - FOTO

 

ASAN könüllüləri "ASAN School" könüllülük məktəbinin "Master 2" pilləsi çərçivəsində inzibati, biznes, sosial menecment istiqamətləri üzrə təcrübələrə cəlb olunurlar.

Milli.Az xəbər verir ki, inzibati menecment istiqaməti üzrə ASAN könüllüləri Azərbaycan Respublikasının Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən I instansiya məhkəmələrində təcrübə keçə biləcəklər.

Dövlət qulluğu təcrübəsini dərindən öyrənmək, vətəndaş hüquq və azadlıqlarının təmin olunması prosesini yaxından mənimsəmək, peşəkar kadr ehtiyatını zənginləşdirmək məqsədilə könüllülər məhkəmə hakimiyyətinin təşkili sistemini, vətəndaşların qəbulu işinin təşkilini, dövlət qulluqçularının etik davranış qaydalarını real təcrübə vasitəsilə öyrənəcəklər.

Təcrübənin açılışı olaraq 31 avqust tarixində Ədliyyə Akademiyasında keçirilən görüşdə "ASAN School" könüllülük məktəbinin rəhbəri Cahangir Hacıyev və Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin əməkdaşı Leyla Zakirzadə tərəfindən ASAN könüllüləri təlimatlandırılmış, onları maraqlandıran suallar ətrafında müzakirə aparılmışdır.

Rayon-şəhər və inzibati-iqtisadi məhkəmələrdə baş tutacaq təcrübə 2 ay müddətində davam edəcək. Qeyd edək ki, təcrübənin sonunda ASAN könüllüləri sertifikatlarla təltif olunacaqlar.

Xəbər lenti